“Çelsi”nin baş məşqçisi o ola bilər

İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi”nin yeni baş məşqçisinin adı tezliklə açıqlana bilər.

Teleqraf “Telegraph Sport”a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi hazırda Fransanın “Strasburq” klubunun baş məşqçisi Liam Rozenyoru bu posta gətirmək niyyətindədir.

Rəhbərlik yanvarın 1-də istefaya göndərilən Enso Mareskanın yerinə məhz 41 yaşlı ingilis mütəxəssisi gətirməyi planlaşdırır.

Qeyd edək ki, Rozenyor məşqçilik karyerasına 2018-ci ildə “Brayton”un gənclər komandasında köməkçi məşqçi kimi başlayıb. Daha sonra “Derbi Kaunti”də Filip Koku və Ueyn Runinin məşqçi heyətində çalışıb. O, 2022–2024-cü illərdə “Hall Siti”yə rəhbərlik edib, bundan sonra isə “Strasburq”a baş məşqçi təyin olunub.