İtaliyanın “Napoli” klubunun futbolçusu Kevin De Bruyne komandasını dəyişə bilər.
Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının bir neçə klubundan sərfəli təklif alıb.
Ötən ilin oktyabrından bəri zədəli olan De Bruynenin martdan tez geri dönməsi gözlənilmir.
34 yaşlı oyunçu yayda keçiriləcək dünya çempionatına daha yaxşı formada yollanması üçün komandasını dəyişməyə müsbət yanaşır.
Qeyd edək ki, Kevin De Bruyne 2025-ci ilin yayından “Napoli”nin şərəfini qoruyur. O, cari mövsüm ərzində meydana çıxdığı 11 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.