Del Pyero Osimhen haqda: “Tək varlığı belə qorxuducudur”

"Qalatasaray"ın Çempionlar Liqasında "Yuventus"u 5:2 hesabı ilə məğlub etdiyi oyundan sonra klub əfsanəsi Alessandro Del Piero diqqətçəkən açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Del Pyero xüsusilə Viktor Osimheni fərqləndirib:

“Osimhenin keyfiyyəti, tükənməz enerjisi və liderlik xüsusiyyəti var. Onun tək varlığı belə rəqib üçün qorxuducudur. Soyuqqanlıdır, əsla təslim olmur. Onda həm amansızlıq, həm də yüksək səviyyə var. Son 10 ilin ən yaxşı 10 hücumçusundan biridir.”

Del Pyero əlavə edib ki, "Qalatasaray" mükəmməl oyun nümayiş etdirib və "Yuventus"dan açıq şəkildə üstün olub.

İtalyan jurnalist Gianluca Di Marzio isə bu qələbəni "Qalatasaray" üçün “tarixi gecə” adlandıraraq, cavab oyununda "Yuventus"un möcüzəyə ehtiyacı olacağını bildirib.