Nüfuzlu “Transfermarkt” portalı ən bahalı müdafiəçilərinin növbəti reytinq siyahısını dərc edib.
Teleqraf xəbər verir ki, hazırda dünyanın ən bahalı müdafiəçisi İngiltərə “Arsenal”ının və Fransa millisinin üzvü Vilyam Salibadır.
24 yaşlı futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.
Reytinqdə ikinci pillədə İspaniyanın “Barselona” komandasının 18 yaşlı gənc istedadı Pau Kubarsi (80 milyon avro) qərarlaşıb. İlk üçlüyü isə İtaliyanın “İnter” klubundan Alessandro Bastoni (80 milyon avro) tamamlayır.