Dünyanın ən yaşlı peşəkar futbolçusundan YENİ İMZA

Dünyanın ən yaşlı peşəkar futbolçusu olan 58 yaşlı Kazuyoşi Miura karyerasını davam etdirir.

Sherg.az xəbər verir ki, yapon futbolçu 41-ci peşəkar mövsümü üçün Yaponiya 3-cü Liqa təmsilçisi “Fukushima United” ilə müqavilə imzalayıb.

“Kral Kazu” ləqəbli Miura bildirib ki, yaşı artmasına baxmayaraq futbola olan sevgisi dəyişməyəcək və “Fukushima United” ilə yeni tarix yazmaq istəyir. O, indiyədək 40 peşəkar mövsümdə forma geyinib və Yaponiya millisində 89 oyun keçirib.