Erling Haaland uzun sarı saçlarını kəsdirib

“Mançester Siti”nin norveçli ulduzu Erling Haaland uzun illərdir özünəməxsus imicinin bir hissəsinə çevrilən uzun sarı saçlarını kəsdirib.

Sherg.az xəbər verir ki, 26 yaşlı futbolçu yeni görünüşünü sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Haaland 2021-ci ildən, “Borussiya Dortmund”da çıxış etdiyi dövrdən uzun saçları ilə tanınırdı.

Futbolçu daha əvvəl Zlatan İbrahimoviçin ona “Saçlarını heç vaxt kəsmə, çünki güc saçdadır” məsləhətini verdiyini açıqlamışdı.

Haaland yeni paylaşımında qısa saçları ilə bağlı “Qısa saç vecimə deyil” yazıb. O, saçını kəsdirmə prosesini “YouTube”da yayımlayacağı bloq üçün də lentə alıb.