Türkiyənin “Fənərbaxça” klubu “Samsunspor”un futbolçusu Entoni Musabanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləğini ödəyərək keçidi rəsmiləşdirib.
Onunla 4,5 illik müqavilə imzalanıb.