"Karvan-Yevlax" qış fasiləsində "Kəpəz"lə üz-üzə gələcək

"Karvan-Yevlax" komandasının qış təlim-məşq toplanışının detalları müəyyənləşib.

Klubdan "Report"a verilən məlumata görə, komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.

Bölgə təmsilçisinin toplanışda 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.

Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, "Karvan-Yevlax" 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə "Sabah" klubuna qarşı keçirəcək.