
Kənan Hakimov: Heç-heçə belə, Azərbaycan futbolu üçün tarixi nəticə olar
15:33 05.11.2025
Futbol
393
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov Sherg.az-a söyləyib ki, qələbə qazanmaq şansımız çox yüksək olmasa da, bizi maraqlı və gərgin bir mübarizə gözləyir:

"Dünən Qurban Qurbanov da mətbuat konfransında bildirdi ki, komanda əzmlə oynayacaq və azarkeşlərin oyundan zövq alması üçün əllərindən gələni edəcəklər. Təbii ki, “Çelsi” klubunun dünya çempionatının qalibi olması və dünyanın ən güclü komandalarından biri kimi çıxış etməsi faktdır. Onların oynadığı liqa da bizimlə müqayisədə daha səviyyəlidir. Amma istənilən halda “Qarabağ” artıq təcrübəli və oturuşmuş bir komandadır, ona görə də yaxşı nəticə gözləmək üçün əsas var. Üstəlik, doğma arenada oynamaq və azarkeş dəstəyi də mühüm üstünlükdür. Heç-heçə nəticə Azərbaycan futbolu üçün böyük uğur sayılar. “Qarabağ”ın indiyə qədər qazandığı nailiyyətlərin fonunda belə bir nəticə tarixi olardı. Lakin komanda məğlub olsa belə, bu, normal qarşılanmalıdır. “Qarabağ” artıq öz potensialının fövqündə oynayır, belə demək mümkünsə, “boyundan yuxarı tullana bilib”. Komanda indiyədək 6 xal toplayıb və bundan sonra da xal, bəlkə də xallar qazanmaq imkanımız olacaq. Hazırkı vəziyyətdə “Çelsi” “Qarabağ”ın qarşılaşdığı səkkiz rəqib arasında ən güclüsüdür. “Liverpul”un müəyyən dərəcədə qeyri-sabit çıxışını nəzərə alsaq, “Çelsi” hazırda ən ciddi rəqib sayılır. Buna görə də oyun çətin olacaq, amma yenə də yaxşı nəticəyə ümid edək. Qurban Qurbanovun dediyi kimi, əsas məsələ azarkeşlərin futboldan zövq almasıdır. Bu səviyyəli komandaların ölkəmizdə oynaması hər zaman nəsib olmur. Ona görə də bu qarşılaşma həm futbolçular, həm də azarkeşlər üçün unudulmaz təcrübə olacaq. Komandamıza uğurlar arzulayıram".
Aynur Babazadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region