“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turundakı rəqibi “Liverpul” yeni transfer gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbat xidməti məlumat yayıb. "Mersisaydlılar" “Austriya”dan İfeanyi Ndukvanı transfer ediblər. Bildirilib ki, 17 yaşlı müdafiəçi qarşıdan gələn yayda "Liverpul"un düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liiqasının “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə yanvarın 29-su, saat 00:00-da başlanacaq.