"Liverpul"un futbolçusunun "Tottenhem"ə transferi baş tutmayıb

İngiltərənin "Liverpul" klubunun futbolçusu Endryu Robertsonun "Tottenhem"ə transferi baş tutmayıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 31 yaşlı müdafiəçinin komandadan ayrılmasını istəməyib.

Hazırkı ölkə çempionu şotlandiyalı oyunçuya əvəzedici tapmadığına görə bu addımı atıb.

Qeyd edək ki, Endryu Robertson 2017-ci ildən "Liverpul"da çıxış edir. O, bu müddət ərzində 364 oyunda 12 qol və 68 məhsuldar ötürmə ilə yadda qalıb.