"Liverpul"un sabiq futbolçusu həbs olundu

İngiltərənin "Liverpul"un sabiq futbolçusu Cordon Ayb bədən xəsarəti yetirmə ittihamı ilə bağlı Luton hava limanında həbs olunub.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, bu həbs 2025-ci ilin dekabrın 14-də baş verdiyi iddia edilən fiziki hücum hadisəsi ilə bağlıdır. Polis tərəfindən dindirilən Ayb, daha sonra girov müqabilində sərbəst buraxılsa da, martın 6-da məhkəmə qarşısında cavab verməli olacaq.

Qeyd edək ki, Cordon Aybın Böyük Britaniyaya qayıtmasının səbəbi yalnız bu hadisə deyilmiş. O, həmçinin yuxusuzluq əleyhinə preparatlar əldə etmək üçün saxta reseptlərdən istifadə etməsi ilə bağlı digər bir məhkəmə işində iştirak etməli idi. Futbolçu həmin ittiham üzrə təqsirini etiraf edib və 230 funt-sterlinq məbləğində cərimələnib.

Ayb hazırda hazırda Bolqarıstanın "Lokomotiv Sofiya" klubunda çıxış edir.