Luçesku xəstəxanalıq oldu, Türkiyəyə gedə bilmədi

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku ürək problemləri səbəbindən təcili olaraq xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Golazo.ro" saytı məlumat yayıb.

80 yaşlı mütəxəssis yaxın günlərdə bir çox Rumıniya klubunun qış təlim-məşq toplanışları keçirdiyi Türkiyəyə səfər etməyi planlaşdırırdı. Səfərin məqsədi martda DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsində Türkiyəyə qarşı keçiriləcək oyun üçün milli komanda futbolçularının durumunu araşdırmaqdır.

Qeyd edək ki, Mirça Luçesku 2009-cu ildə ürək əməliyyatı keçirib.