İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Yoşko Qvardiol sıradan çıxıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Premyer Liqanın XX turunda evdə "Çelsi" ilə heç-heçə etdikləri oyunda (1:1) zədələnib.
23 yaşlı oyunçunun sağ baldırından xəsarət aldığı bildirilir.
Qvardiolun bu həftə əməliyyat olunacağı gözlənilir. Onun bərpa müddəti üç aydan altı aya qədər olacaq.
Qeyd edək ki, Yoşko Qvardiol cari mövsüm ərzində 23 oyunda iştirak edib, 4 qol və 3 məhsuldar ötürməyə imza atıb.