“Mançester Yunayted” “Brayton”un kamerunlu futbolçusu Karlos Balebanın nümayəndələri ilə əlaqə saxlayır.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi üçün 2026-cı il üzrə prioritet transfer hədəflərindən biri kimi nəzərdən keçirilir.
“Transfermarkt” Karlos Balebanın transfer dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Baleba 2023-cü ilin avqustunda “Lill”dən “Brayton”a 27 milyon avro qarşılığında transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi klubun heyətində 19 oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.