“Mançester Yunayted” növbəti qələbəsini qazanıb

İngiltərə Premyer Liqasında XXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Fulhem”i qəbul edib.

Gərgin keçən qarşılaşmada qapılara 5 top vurulub. Benjamin Şeşkonun 90+4-cü dəqiqədə vurduğu qolla “qırmızı şeytanlar” rəqibini 3:2 hesabı ilə məğlub edib.

Digər oyunda isə “Aston Villa” doğma meydanda “Brentford”a minimal hesabla uduzub – 0:1.

İngiltərə Premyer Liqası

XXIV tur

18:00. "Mançester Yunayted" - "Fulhem" - 2:1

18:00. "Notingem Forest" - "Kristal Pelas" - 1:1

18:00. "Aston Villa" - "Brentford" - 0:1