"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

"Neftçi"nin qarşıdakı qış toplanışındakı mümkün rəqiblərindən biri bəlli olub.

Sherg.az Qol.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək hazırlıq prosesi çərçivəsində Qazaxıstanın "Kayrat" klubu ilə yoxlama matçına çıxa bilər.

Qeyd edək ki, "Kayrat" Çempionlar Liqasının liqa mərhələsinin iştirakçısıdır. Sözügedən qarşılaşmanın keçiriləcəyi tarix və saat açıqlanmayıb.