Neymar Braziliyada qalmağa qərar verdi

Braziliyanın “Santos” klubu ulduz futbolçu Neymarla müqaviləni uzadıb.

Teleqraf Fabritsio Romanoya istinadən xəbər verir ki, 33 yaşlı cinah yarımmüdafiəçisi klubla 2026-cı ilin dekabrınadək yeni müqavilə imzalayıb.

“Transfermarkt”ın məlumatına görə, hücumçunun transfer dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, cari mövsümdə Neymar Braziliya çempionatında “Santos”un heyətində 20 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.