Neymarla müqavilə uzadıldı - Rəsmi

"Santos" hücumçusu Neymarla müqaviləni uzadıb.

QOL.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.

Ulduz futbolçunun yeni sözləşməsi mövsümün sonuna - 2026-cı ilin dekabrın 31-nə qədərdir.

Qeyd edək ki, mövsümün yekununda “Santos” 47 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 33 yaşlı Neymar mövsüm ərzində 28 oyunda iştirak edib və 11 qol vurub.

Neymar "Santos"un yetirməsidir. 2009-2013-cü iillərdə Braziliya klubunda çıxış edən futbolçu daha sonra "Barselona", PSJ və "Əl-Hilal"da oynayıb. O, 2025-ci ildə komandaya qayıdıb.