"Qalatasaray"ın Nigeriyalı hücumçusu Viktor Osimhen barədə İngiltərəli keçmiş futbolçu Rio Ferdinand diqqət çəkən açıqlama verib.
Sherg.az-ın məlumatına görə, Ferdinand bildirib ki, Osimhen "Mançester Yunayted" tərəfindən istənilsə, komandaya gələcək: “"Mançester Yunayted" ona təklif edəndə 100% buraya gələcək.”
Bu mövsüm "Qalatasaray"la 16 rəsmi oyunda 12 qol vuran Osimhenin bazar dəyəri 75 milyon avro qiymətləndirilir.