PSJ “Qızıl top”un sahibi ilə müqaviləni uzatmağı düşünmür

Fransanın PSJ klubu “Qızıl top”un sahibi Usman Dembele ilə müqaviləni uzatmağı düşünmür.

Teleqraf xəbər verir ki, bu barədə Paris klubunun prezidenti Nasser Əl-Xəlafi "RMC Sport"a açıqlama verib.

Klub rəsmisi bunun komanda daxilində narazılıqların artmaması səbəbindən irıli gəldiyini qeyd edib: “Klubda futbolçular üçün maaş limiti siyasəti mövcuddur. Hamı bunu bilir və hamı buna əməl etməlidir. Usman klubun əfsanəsidir. Mən Usmanı həm futbolçu, həm də insan kimi sevirəm. O, möhtəşəm insandır”.

Xatırladaq ki, daha əvvəl Dembelenin parislilərin müqavilənin uzadılması ilə bağlı ilk təklifini rədd edib. Bildirilirdi ki, futbolçunu təklif olunan maaş qane etməyib. PSJ oyunçuya illik 30 milyon avrodan bir qədər çox maaş təklif etsə də, Dembele bunun ikiqatını istəyib.