"Qalatasaray" "Trabzonspor"u darmadağın edərək finala yüksəldi

Türkiyə Superkubokunun 1/2 final mərhələsinin ilk oyununda "Qalatasaray" və "Trabzonspor" komandaları qarşılaşıb.

Teleqraf xəbər verir ki, Qaziantep şəhərinin "Kalyon" stadionunda keçirilən matçda "sarı-qırmızılar" rəqibini darmadağın edib - 4:1.

İstanbul klubundan Barış Alpər Yılmaz (38-ci dəqiqə), Eren Elmalı (45+3), Yunus Akgün (63) və Mauro İkardi (81) fərqləniblər.

Qara dəniz təmsilçisinin yeganə qolunu isə 55-ci dəqiqədə Felipe Auqusto vurub.

Qeyd edək ki, "Qalatasaray" final oyununda "Fənərbağça" - "Samsunspor" cütünün qalibi ilə üz-üzə gələcək.