"Qalatasaray"da Turkcell Süper Kupa finalində "Fənərbaxça"ya 2-0 hesabı ilə uduzduqdan və transfer bazarında sükut davam etdikdən sonra diqqət çəkən bir təklif səslənib.
Sherg.az xəbər verir ki, "Sarı-qırmızılı"lar kuboku əzəli rəqiblərinə itirdikdən və transfer mövsümündə səssizlik müşahidə olunduqdan sonra klub içərisində tənqid sədaları yüksəlib.
Ara transfer dövründə hələ komanda gücləndirilməyən "Qalatasaray"da keçmiş divan qurulu sədri və keçmiş prezident namizədi Eşref Hamamcıoğlu diqqət çəkən bir təklif irəli sürüb.
Sosial media hesabından paylaşım edən Hamamcıoğlu yazıb:
"Ara transfer dövründə bəzi idarəçilərin öz imiclərini müvəqqəti düzəltmək məqsədilə plansız və proqramsız şəkildə "Qalatasaray"ın vəsaitini israf etməsinə şahid olacağıq. Layiqsiz şəxslərin, pul müqabilində oturduqları vəzifələrdən, klubun nüfuzuna daha çox zərər vermədən, bir an əvvəl ayrılması ən düzgün addım olacaq. Sportif A.Ş.-də əskik olan futbol ağı üçün çıxış yolu Fatih Terimdir."
"Qalatasaray"la dörd fərqli dövrdə 17 kubok qazanan 72 yaşlı baş məşqçi, son olaraq Səudiyyə Ərəbistanının Pro Liqa komandası "Al-Shabab"ı çalışdırmışdı.