"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununun biletləri sabah satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt Frankfurt” (Almaniya) oyununun biletləri 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna biletlər 10-1000 AZN qiymət aralığındadır.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Biletlər "iTicket.az"ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.