"Qarabağ" - “Ayntraxt" oyununda ilk hissə başa çatıb - YENİLƏNİB

İlk hissə 1:1 hesabı ilə başa çatdı.

***

11-ci dəqiqədə Can Uzun hesabı bərabərləşdirib.

 ***

21:52

“Qarabağ”ın hücumçusu Kamilo Duran 4-cü dəqiqədə hesabı açdı.

***

21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçəvəsində keçirilən “Qarabağ” - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan matçı isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.