“Qarabağ” Çempionlar Liqası ilə vidalaşıb

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etditi kollektiv İngiltərədə "Nyukasl"la üz-üzə gəlib.

Görüşdə 5 qol vurulub. Meydan sahiblərinin üç qoluna ağdamlılar 2 topla cavab verib.

Bu hesabla "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

00:00. “Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) 3:2

Qollar: S. Tonali, 5, Joelinton, 6, X. Barns, 53 - K. Duran, 51, E. Cəfərquliyev, 57

"Nyukasl": Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Sent Ceyms Park” stadionu

Baş hakim: Davide Massa

Baş hakimin köməkçiləri: Filippo Meli, Stefano Alassio

Dördüncü hakim: Luka Pairetto

VAR: Daniele Kiffi (İtaliya)

AVAR: Kristian Dingert (Almaniya)