UEFA Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” klubu turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, əsas mərhələnin sonuncu - VIII turunda səfərdə “Liverpul”a məğlub olmasına baxmayaraq, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv topladığı 10 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb.
Yeni formata əsasən, ilk 24 yerin sahibi mübarizəni davam etdirdiyi üçün “köhlən atlar” pley-off mərhələsinə yüksəlib.
Bu nəticə ilə “Qarabağ” Çempionlar Liqasında pley-offa yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qeyd edək ki, “Qarabağ” əsas mərhələdə "Benfika"nı 3:2, "Kopenhagen"i 2:0, "Ayntraxt Frankfurt"u 3:2 hesabı ilə üstələyb, "Çelsi" ilə 2:2 hesablı heç-heçə edib, "Atletik Bilbao"ya 1:3, "Ayaks"a 2:4, "Liverpul"a isə 0:5 hesabı ilə uduzub.