“Qarabağ” Belçikanın 2-ci liqa təmsilçisi “Lyej” klubunun hücumçusu Umar Diufu heyətinə cəlb etməyə çalışır.
QOL.az xəbər verir ki, bu barədə Belçikanın "Walfoot" nəşri məlumat yayıb.
Xəbərdə Ağdam təmsilçisinin 22 yaşlı futbolçu üçün onun klubuna 1,2 milyon avro təzminat təklif etdiyi, qarşı tərəfin isə bunu qəbul etmədyi bildirilib. “Lyej”in seneqallı forvard üçün 1,5 milyon avro tələb etdiyi qeyd edilib.
Umar Diufla Belçikadan "Gent", "Sint-Truiden", OHL və "Cercle Brügge", xaricdən isə "Qarabağ", Kipr təmsilçisi "Pafos" və adı açıqlanmayan İngiltərə Çempionşip klubunun maraqlandığı da bildirilir.
Qeyd edək ki, Umar Diuf bu mövsüm Belçikanın 2-ci liqasında 18 oyuna 8 qol vurub və 2 qol ötürməsi edib. Onun “Lyej” klubu ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqaviləsi var. O, bu ilin yayında "Çaykurspor"dan (Türkiyə) "Lyej"ə keçib.