"Qarabağ"ın oyunçusu ilə ulduz futbolçunun maaşını müqayisə etdilər

Kolumbiyanın "Bolavip" nəşri UEFA Çempionlar Liqasında çıxış edən “Bavariya”nın ulduz oyunçusu Luis Dias və “Qarabağ”ın üzvü Kamilo Duranın maaşlarını müqayisə edib.

Teleqraf xəbər verir ki, futbolçular arasında 10 milyon avrodan çox fərqin olduğu məlum olub.

Belə ki, Almaniya klubunda çıxış edən Luis Diasın illik qazancı 14 milyon avro təşkil edir. “Qarabağ”ın 23 yaşlı hücumçusunun isə illik maaşının 150–300 min avro arasında olduğu bildirilir.

Qeyd edək ki, Çempionlar Liqasının VII turunda “Qarabağ”ın “Ayntraxt” (Frankfurt) üzərində 3:2 hesablı qələbəsində Kamillo Duran iki qol vuraraq turnirdəki ümumi qol sayını dördə çatdırıb. Luis Dias isə bu mövsüm “Bavariya”nın heyətində ümumilikdə 14 qol vurub ki, onlardan üçü Çempionlar Liqasına təsadüf edir.