UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Axar.az xəbər verir ki, təmsilçimiz 1/8 finala yüksəlmək üçün PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vurub. Pley-off mərhələsinin püşkatması yanvarın 30-da baş tutacaq.