“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında (ÇL) TOP-3-ə düşüb.
Teleqraf-ın məlumatına görə, 25 yaşlı qolkiper bu göstəriciyə pley-off mərhələsinin ilk oyununda Bakıda “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları qarşılaşmada 10 seyv etməklə nail olub.
Beləliklə, Koxalski Liqa mərhələsi və pley-off mərhələsində ümumi qurtarışlarının sayını 40-a çatdırıb.
Çempionlar Liqasının TOP-3 siyahısında birinci yerdə Nikita Haykin (“Bodo/Qlimt”, 52 seyv), ikinci yerdə isə Tibo Kurtua (“Real Madrid”, 44 seyv) qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında cavab qarşılaşması fevralın 25-də İngiltərədə keçiriləcək.