UEFA Çempionlar Liqasındakı oyun "Qarabağ" üçün çox vacibdir.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik.