Qurban Qurbanov: "Kopenhagen"in üstünlüyü ondadır ki, oyun sistemlərindən əl çəkmirlər"

"Kopenhagen"in üstünlüyü ondadır ki, oyun sistemlərindən əl çəkmirlər".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"ə (Danimarka) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O bildirib ki, "Kopenhagen" klubu çox nadir hallarda rotasiyalar edir:
"Oyun sistemlərində olan stabillik onların uğur qazanmasına gətirib çıxarır. 2017-ci ildəki qarşılaşmamızdan fərqli olaraq bu il yeni oyunçularla, fərqli məşq prosesi ilə hazırlıq keçsələr də, sistemlərində dəyişiklik çox azdır".