Qurban Qurbanov: "Liverpul"la oyuna böyük inamla yollanacağıq"

"Liverpul"la oyuna böyük inamla yollanacağıq".

Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oynanılan "Qarabag" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu səfər bütün komandalar üçün çətindir:

"Orada oynamaq bütün komandalar üçün çətindir. İngiltərənin ən köklü klublarından birinə qarşı çıxış edəcəyik. Futbolçularımdan çəkinmədən mübarizə aparmalarını istəyəcəyəm. Onların azarkeşləri çox aqressiv və davakardırlar. İnanıram ki, futbolçularım İngiltərədə ən azı bugünkü oyunun davamını gətirəcəklər".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.