Qurban Qurbanov: "Transfer üçün danışıqlarımız davam edir"

"Qarabağ" qış transfer dönəmində heyətinə yeni futbolçu qatmaq üçün danışıqları davam etdirir.

Bu barədə "Report"un sualına cavab olaraq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

O, klubdan gözləntilərin çox olduğunu sözlərinə əlavə edib:

"Hər hansı bir maneə olmasa qışda transfer alınmalıdır. Danışıqlarımız davam edir. Ən azından bir transferimizin olacağı gözlənilir".