İspaniyanın "Real Madrid" klubu qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir.
Teleqraf AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin bu mövqe üçün əsas hədəfi İngiltərənin "Kristal Pelas" komandasının futbolçusu Mark Quehidir.
"Kral klubu" 25 yaşlı müdafiəçinin nümayəndələri ilə ilk danışıqları aparıb. İngiltərə millisinin üzvünün "Liverpul", "Barselona" və "Bavariya"dan da təklifləri var.
Qeyd edək ki, Mark Quehinin "Kristal Pelas"la müqaviləsi 2026-cı ilin yayına başa çatır. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.