La Liqada Arda Gülərin çıxış etdiyi "Real Madrid" doğma meydanda “Getafe”yə 0:1 hesabı ilə uduzub. Qonaq komanda “Santyaqo Bernabeu”da 18 ildən sonra ilk qələbəsini qazanıb.
Sherg.az xəbər verir ki, Arda Gülər oyuna start heyətdə başlayıb və 69 dəqiqə meydanda olub. O, bir neçə uğurlu fintlə azarkeşlərin alqışını qazanıb və çıxışı Zinəddin Zidana bənzədilib. Onun əvəzinə meydana daxil olan Mastantuono isə 90+5-ci dəqiqədə qırmızı vərəqə alıb.
Bu nəticə ilə "Real Madrid" ardıcıl ikinci məğlubiyyətini alaraq lider “Barselona”dan 4 xal geri düşüb. Baş məşqçi Alvaro Arbeloa məğlubiyyətin məsuliyyətini üzərinə götürərək, “Oyunçuları günahlandırmayın, səhv mənimdir” deyib.
İspaniya mediasının məlumatına görə, Kilian Mbappe ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.