"Real Madrid"dən səhv: Arda Gülər paylaşımı etiraz doğurdu

"Real Madrid" “Barselona” ilə oyunöncəsi start heyətini paylaşarkən səhvə yol verib.

Sherg.az xəbər verir ki, ilk paylaşımda Arda Gülər start “11-lik”də göstərilsə də, paylaşım qısa müddət sonra silinərək onun yerinə Gonzalonun olduğu yeni görüntü yayımlanıb. Klub səhvin “səhvən” baş verdiyini açıqlayıb. Arda Gülərin son anda siyahıdan çıxarılması türk azarkeşlərin narazılığına səbəb olub.