"Real" qapıçı Andrey Luninlə yollarını ayırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, "kral klubu" ukraynalı qolkiperin performansından məmnun deyil.
La Liqa nəhəngi 26 yaşlı "əlcək sahibi"nin satışından 25-30 milyon avro gəlir əldə etmək istəyir.
Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib.