Ronaldu boykotu dayandırdı

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Ən-Nəsr" klubunun məşqlərinə qayıdıb və Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda "Əl-Fateh"ə qarşı oyunda iştirak edəcək.

Oxu.Az bu barədə "A Bola" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, futbolçuya və klubun əməkdaşlarına olan maaş borcları ödənilib.

Xatırladaq ki, futbolçu boykot səbəbindən ardıcıl iki oyunda meydana çıxmamışdı. O, Səudiyyə Ərəbistanı Suveren Fondunun fəaliyyətindən narazı idi. Ronaldunun fikrincə, fond rəqib "Əl-Hilal"a üstünlük verərək, "Ən-Nəsr"ə kifayət qədər vəsait ayırmır.