Rumıniyada Luçesku krizi - Türkiyə matçına çıxmaya bilər

Rumıniya milli futbol komandasının baş məşqçisi Mircea Luçesku ağırlaşan sağlamlıq vəziyyəti səbəbindən xəstəxanaya yerləşdirilib və vəziyyətinin ciddi olduğu bildirilir.

Sherg.az xəbər verir ki, 80 yaşlı mütəxəssis əvvəlcə ağır qrip keçirdikdən sonra immuniteti zəifləmiş, sonradan xəstəxanaya qayıdaraq həkim nəzarəti altına alınıb.

Rumıniya federasiyası və yerli mətbuat 26 martda Türkiyə ilə keçiriləcək 2026 Dünya Kuboku təsnifat play‑off matçı üçün yeni baş məşqçi axtarışında ola biləcəyini yazır.