"Sabah"ın sabiq baş məşqçisinin yeni klubu bilindi

"Sabah"ın sabiq baş məşqçisi Krunoslav Renduliçin yeni komandası müəyyənləşib.

Teleqraf xəbər verir ki, 52 yaşlı mütəxəssis BƏƏ-nin "Emireyts" klubunu çalışdıracaq.

Bu barədə Ras Əl-Xayma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Krunoslav Renduliç 2024-cü ilin martından dekabrına qədər "Sabah"ın baş məşqçisi olub.