
Şahin Diniyev: “Qarabağ”ın uğurları meydançada öz sözünü deyəcək
10:38 21.10.2025
Futbol
477
Bizi bol qollu və gərgin keçəcək bir qarşılaşma gözləyir
UEFA Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"la qarşılaşmaya hazırlaşan İspaniyanın "Atletik Bilbao" klubu "TikTok" sosial şəbəkəsində diqqətçəkən video yayımlayıb.
Kadrlarda İspaniya klubunun ulduz hücumçusu İnyaki Uilyams "Yaşa, Azərbaycan" mahnısının sədaları altında azarkeşləri ilə mehriban ünsiyyət qurur və avtoqraf verir. Videoda "Qarabağ"ın fanatları da görüntülənir.
Bu paylaşımla "Atletik" nəinki qarşıdakı matça marağı artırıb, həm də rəqibinə hörmətini nümayiş etdirib.
Xatırladaq ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.
"Səbail"in baş məşqçisi Şahin Diniyev Sherg.az-a deyib ki, Çempionlar Liqasında asan oyun olmur:

"“Atletik Bilbao” öz azarkeşləri ilə tanınan komandadır və artıq qarşıdakı oyun üçün bütün biletlər satılıb. Güman edirəm ki, komanda bu dəfə daha ciddi çıxış edəcək və “Qarabağ”ı əvvəlki kimi barmaqarası qəbul etməyəcək.
İndiyədək bəziləri “Qarabağ”a yetərincə ciddi yanaşmırdı, amma artıq vəziyyət dəyişib. “Atletik Bilbao”nun Çempionlar Liqasında iki çətin oyunu olub. Rəqibləri “Arsenal” və “Borussia Dortmund” kimi güclü komandalar idi. Bu dəfə isə ispan klubu doğma meydanda mütləq qələbə qazanmaq istəyəcək. Bununla belə, “Qarabağ” da sıradan rəqib deyil. Komanda həm səfərdə, həm də ev oyunlarında maksimum nəticəyə nail olmaq potensialına malikdir. Bizi bol qollu və gərgin keçəcək bir qarşılaşma gözləyir. “Qarabağ”ın uğurları meydançada öz sözünü deyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi