Almaniya millisinin keçmiş üzvü, "Leyptsiq"in hücumçusu Timo Verner karyerasını MLS-də davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
29 yaşlı forvard "San Jose Earthquakes"lə razılaşıb. Yaxında transferlə bağlı rəsmi açıqlama yayılacağı gözlənilir.
Verner bu mövsüm "Leyptsiq"lə 3 oyuna çıxıb. O, daha əvvəl karyerası ərzində "Ştutqart", "Tottenhem" və "Çelsi"də də oynayıb.