"Traktor" Qətər klubu ilə qarşılaşacaq

Asiya Elit Liqasının qrup mərhələsinin 7-ci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası Qətərin "Əlsəd" komandası ilə qarşılaşacaq.

Axar.az xəbər verir ki, qarşılaşma fevralın 10-da Dohanın "Casim bin Həmid" stadionunda keçiriləcək.

Qeyd edək ki, "Traktor" növbəti mərhələyə vəsiqəni təmin edib, qarşıdakı oyun formal xarakter daşıyır.