ABŞ Prezidenti Donald Tramp DÇ-2026-nin püşkatma mərasimindən əvvəl FIFA Sülh Mükafatını alacaq.
Teleqraf xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin məlumatına görə, Tramp bu gün paytaxt Vaşinqtonda keçiriləcək tədbir zamanı çıxış edəcək.
FIFA Sülh Mükafatı noyabrda təsis edilib. Tramp mükafatın ilk sahibi olacaq.
Qeyd edək ki, dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Mundial 11 iyun - 19 iyulda keçiriləcək.