Super Liqa təmsilçisi “Kasımpaşa” Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu İrfan Can Kahvecini transfer siyahısına daxil edib.
Teleqraf Türkiyə mediasına istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun icarə əsasında keçidi ilə bağlı artıq klublar arasında razılıq əldə olunub.
Qeyd edək ki, İrfan Can Kahveci 2020/21 mövsümünün qış transfer dövründə 7 milyon avro qarşılığında “Fənərbağça”ya transfer olunub. “Sarı-lacivərdli” formasında 183 rəsmi oyuna çıxan milli üzvü 63 qola yadda qalıb.