İtaliya təmsilçisi “Atalanta”nın nigeriyalı futbolçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirə bilər.
Teleqraf xəbər verir ki, “Fənərbağça” 28 yaşlı hücumçunun transferi ilə bağlı A Seriyası təmsiçisi ilə danışıqlara artıq başlayıb.
Onun hazırkı bazar qiyməti Transfermarkt portalına görə 35 milyon avrodur.
Qeyd edək ki, Ademola Lukman 2022-ci ilin yayında “Leypsiq”dən “Napoli”yə 10,85 milyon avroya transfer olunub. Hazırda Lukman Nigeriya millisinin düşərgəsindədir. Nigeriya yığması yanvarın 5-də Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mozambiklə qarşılaşacaq.