Vinisius Neymarın rekordunu qırdı

“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior İspaniya La Liqasında yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, futbolçu buna La Liqanın XXIV turu çərçivəsində doğma meydanda “Real Sosyedad” üzərində 4:1 hesablı qələbə qazandıqları matçda “dubl”a imza atmaqla nail olub.

26 yaşlı hücumçu hər iki qolunu penaltidən vurub. Bununla da onun La Liqada vurduğu qolların sayı 69-a çatıb.

Beləliklə, Vinisius İspaniya çempionatında vurulan qolların sayına görə həmyerlisi Neymarı (68 qol) geridə qoyub. Bununla yanaşı, Vinisius bu göstəriciyə Neymarla müqayisədə 116 oyun çox keçirərək nail olub: 229 matça qarşı 123 oyun.