Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransı keçirilib.
Teleqraf-ın məlumatına görə, təcrübəli mütəxəssis mətbuat konfransında transfer məsələlərindən də danışıb.
“Marko Yankoviçin ayrılması ilə bağlı məndə elə bir məlumat yoxdur. Yerli futbolçularıma da dəvət var. Mencerlər zəng vururlar, daha çox onları istəyirlər. Hələ ki, getməsi, gəlməsi gözlənilən futbolçu yoxdur. Hər mövqeyə danışıqlar aparırıq. Həm qapı, həm orta, hücum, hər mövqeyə danışıqlar gedir. Görək, hansı səviyyədə olur. Çalışırıq, hər mövqedə oyunçularımızın sayını artıraq” – Q.Qurbanov bildirib.